`Sağlam Bədəndə Sağlam Ruh` sərgisi keçirildi – FOTOLAR

`Sağlam Bədəndə Sağlam Ruh` sərgisi keçirildi – FOTOLAR
  08 İyul 2014    Oxunub:1808
"Uşaq mənafelərinin müdafiəsi" İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurasının yardımı ilə "Sağlam Bədəndə Sağlam Ruh" layihəsi çərçivəsində rəsm sərgisi keçirib.
Sərgi Bakı şəhərindəki Qorqud Plaza-da baş tutub.

3 gün davam edən sərgidə gənclər tərəfindən təqdim edilən sağlam həyat tərzilə bağlı rəsm əsərləri nümayiş etdirilib.

Tədbirdə iştirak edən gənclər Tibb Universitetinin tələbələri tərəfindən bir çox istiqamətlər üzrə sağlam həyat tərzilə bağlı məlumatlandırılıblar. Onlara siqaret, narkotika, alkoqol və sair zərərli vərdişlərin ziyanı barədə ətraflı məlumat verilib. Sağlam həyat tərzi keçirməyin üstünlükləri təbliğ olunub.

Qalereya




Teqlər:  





Xəbər lenti