Gənclər üçün forum keçiriləcək

Gənclər üçün forum keçiriləcək
  03 İyul 2014    Oxunub:754
"Az-Tur” Turizmə Dəstək İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "NEXT" Sağlam Düşüncə Gənclər Forumu təşkil edir.
Forumda sağlam düşüncə ilə bağlı müxtəlif təlimatlar keçiriləcək. Gənclərə sağlam həyat tərzi təşviq ediləcək.

Forumda iştirak iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər.
1. Şəxsiyyət vəsiqəsi
2. Anket
(elektron qaydada). Anketi əldə etmək üçün [email protected] elektron ünvanına 10.07.2014-cü il tarixinədək müraciət etmək lazımdır.

Forumda Bakı və Azərbaycanın müxtəlif regionlarından 13-17 yaş arası gənclər iştirak edə bilərlər. Bölgələrdən qatılmaq istəyən şəxslərin ezam xərcləri (yol, paytaxtda otel və yemək xərcləri də daxil olmaqla) təşkilatçı tərəfindən ödəniləcək.


Teqlər:





Xəbər lenti