İnsanabənzər robot Çin Səddinə dırmaşdı - VİDEO

   İnsanabənzər robot Çin Səddinə dırmaşdı -    VİDEO
  07 İyun 2024    Oxunub:1279
Çinin “Robot Era” şirkəti tərəfindən hazırlanmış XBot-L insanabənzər robotu Böyük Çin Səddinə dırmaşıb.
AzVision.az xəbər verir ki, bununla bağlı görüntülər şirkətin yutub kanalında paylaşılıb.

Bildirilir ki, XBot-L Çinin “Unitree” şirkətinin H1 insanabənzər robotu qədər sürətli və ya “Boston Dynamics”in Atlası qədər çevik olmasa da, Çin Səddinə qalxmaq üçün xüsusi bacarıq nümayiş etdirib.

Alqoritmlər robotun naməlum relyef şəraitində qavrayış və qərar qəbul etmə qabiliyyətini gücləndirməyə kömək edir. Beləliklə, robot mürəkkəb yol şəraitini tanıya və öz hərəkətini vaxtında tənzimləyə bilir.



Aygün Xankişiyeva
AzVision.az



Teqlər:





Xəbər lenti