20 yaşlı oğlan göldə batdı

20 yaşlı oğlan göldə batdı
  05 İyul 2014    Oxunub:1006
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1994-сü il təvəllüdlü Rəşad Mirzağa oğlu Əsgərov Xaçmaz rayonu, Çarxı kənd ərazisindəki süni göldə batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. R.Əsgərovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 00:30-da başa çatıb.


Teqlər:





Xəbər lenti