Bu təqdimatlar arasında AİPS-in “Young reporters” proqramının təqdimatı zamanı AİPS gənc reportyorlarının hazırladığı reportaj daha çox Azərbaycan idmanı barədə olub.
Konqresin gedişində Rusiya baş nazirinin müavini Dmitri Kozak çıxış edərək konqres iştirakçılarına uğurlar arzulayıb və AİPS-in bayrağını Azərbaycan Mili Olimpiya Komitsəinin vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim edib.
Çingiz Hüseynzadə çıxış edərək Bakını gələn il AİPS-in 77-ci konqresini yüksək səviyyədə təşkil edəcəyini qeyd edib və bütün dünyanın idman jurnalistlərini Bakıda qarşılamaqdan məmnun olduğunu bildirib.
Sonra C.Hüseynzadə təqdimat üçün sözü Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Nərgiz Mahmudzadəyə verdi.
Gələn il AİPS-in 90 ilik yubileyinə təsadüf edəcək 77-ci Konqresə ölkəmizin hazırlığı barədə qısaca informasiya verən N.Mahmudazdənin çıxışından sonra Bakı haqqında xüsusi videoçarx nümayiş etdirilib.
Daha sonra AİPS prezidenti Cianni Merlo Çingiz Hüseynzadəyə, AİJA prezidenti Eldar İsmayılova və Nərgiz Mahmudzadəyə 76-cı konqresin xatirə hədiyyəsini təqdim edib.
Bu günün sonunda konqresin bağlanış mərasimi keçirilcək. Mərasimdə gələn il AİPS konqresini Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanacağı gözlənilir.