Sevda Ələkbərzadə əri ilə - FOTOLAR

Sevda Ələkbərzadə əri ilə - FOTOLAR
  04 İyul 2014    Oxunub:9122
Ötən gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Azərbaycan qadını” jurnalının yay buraxılışının təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Azərbaycanın Əməkdar Artisti Sevda Ələkbərzadənin “İntro” musiqi albomunun təqdimatı olub və o, musiqi proqramı ilə çıxış edib.

Tədbirdə millət vəkili Asim Mollazadə, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Xalq artisti Amaliya Pənahova, Fəxrəddin Manafov, Dilarə Əliyeva, məşhur aparıcı Nərgiz Cəlilova, şoumen Murad Dadaşov, uzun müddətdir efirdə görünməyən Kamilə Babayeva, reper Miri Yusif, müğənni Samirə Allahverdiyeva və digərləri iştirak edib.

Tədbirin ən maraqlı anı isə S.Ələkbərzadənin həyat yoldaşı Kamiyarın bütün konsert zamanı onu həyəcanla izləməsi idi. O, konsert ərzində səhnə arxasından onu izləyib və tədbirin sonunda onu qucaqlayıb.

Qeyd edək ki, əməkdar artist Sevda Ələkbərzadə “İntro” musiqi albomunu anasına həsr etdiyini bildirib.

Konsertdən fotoları təqdim edirik:

Nuron

Qalereya




Teqlər:  





Xəbər lenti