Baku Fashion Week-in tarixi açıqlandı – VİDEO

Baku Fashion Week-in tarixi açıqlandı – VİDEO
  04 İyul 2014    Oxunub:966
Bakının stil sahibi ruhunu və cazibəsini bir araya gətirən çox yaddaqalacaq bir proqram nümayiş etdiriləcək.
Bakı 2014 Payız/Qış kolleksiyalarının nümayiş etdiriləcəyi Baku Fashion Week-in tarixləri açıqlandı.

AzVision.az xəbər verir ki, Baku Fashion Week 11-13 iyul tarixlərində Four Seasons Oteldə baş tutacaq.

Fashion İstanbul-un beynəlxalq arenadakı güc və əlaqələrinin də dəstəyi ilə Baku Fashion Week sektor və müştəri istiqamətli dəfilələri, özəl dəvətliləri və fərqli tədbirləri ilə Bakının stil sahibi ruhunu və cazibəsini bir araya gətirən çox yaddaqalacaq bir proqram nümayiş etdirəcək.

Baku Fashion Week-in əsas hədəfinin Fashion İstanbulun moda sektorundakı beynəlxalq təcrübəsiylə türk modasını dünyaya daşımaq olaraq bildirilir.

Baku Fashion Week-ə qatılacaq dizaynerlər, gerçəkləşəcək tədbirlər, tanıtımlar və proqram önümüzdəki həftə açıqlanacaq.

Baku Fashion Week Moda sahəsində fəaliyyət göstərən Fashion İstanbul partnyorluğu ilə qurulub.




Teqlər:





Xəbər lenti