Mahnı üstündə döyüldülər – FOTO

Mahnı üstündə döyüldülər – FOTO
  03 İyul 2014    Oxunub:1633
Elçinin hadisə yerinə gələn yaxınları da həmin şəxslərin hücumuna məruz qalıb.
Cəlilabad rayonunun Göytəpə qəsəbəsində kütləvi dava baş verib.

AzVision.az anspress-ə istinadən xəbər verir ki, qəsəbə sakini 1990-cı il təvəllüdlü Elçin Əminağa oğlu Tağıyev örüşdən heyvanları evə gətirərkən yolboyu mahnı zümzümə edirmiş.

Elə bu zaman onun zümzüməsindən qəzəblənən həmkəndliləri Elçinin qarşısını kəsərək onunla mübahisə ediblər.

Sonradan gənclər arasındakı mübahisə kütləvi davaya çevrilib. Elçinin bir neçə şəxs tərəfindən döyüldüyünü görən yaxınları Camal Ağayev və Amil Bəşirov da hadisə yerinə gəliblər. Lakin onlar da həmin şəxslərin hücumuna məruz qalıb.

Müxtəlif növ küt alətlərlə döyülən gənclərə Cəlilabad Mərkəzi rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, tərəflər arasında əvvəllər də ədavətin olduğu deyilir. Baş vermiş faktla bağlı Cəlilabad rayon polis şöbəsinin Göytəpə polis bölməsində araşdırma aparılır.



Teqlər:  





Xəbər lenti