Nazirliyi aldadan şəxs həbs edildi

Nazirliyi aldadan şəxs həbs edildi
  03 İyul 2014    Oxunub:878
Bilə-bilə yalan məlumatı vermiş Bakı şəhər sakini Ziya Səfərov tutulub.
Bu barədə AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 1-də saat 23.00 radələrində naməlum şəxs taksafondan DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Plaza” barına partlayıcı maddə qoyulması barədə məlumat verib.

Dərhal müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmayıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilə-bilə yalan məlumatı verən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Səfərov tutulub.


Teqlər:





Xəbər lenti