Antalyada eniş zamanı təyyarənin təkəri partlayıb - Video

   Antalyada eniş zamanı təyyarənin təkəri partlayıb -    Video
  09 May 2024    Oxunub:863
Corendon Hava Yollarına məxsus Köln-Qazipaşa reysi ilə uçan təyyarənin eniş zamanı ön təkəri partlayıb.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb. Bildirilib ki, B738 tipli təyyarənin eniş zolağına endikdən sonra təkərinin partlaması səbəbindən 190 nəfər təxliyə edilib.

Nazirlikdən verilən açıqlamada hadisənin bu gün saat 11:00 radələrində baş verdiyi qeyd edilib. Sərnişinlər arasında xəsarət alan olmayıb və uçuş-enmə zolağına heç bir ziyan dəyməyib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti