Nazirlik əməkdaşını maşın vurdu - VİDEO

Nazirlik əməkdaşını maşın vurdu - VİDEO
  03 İyul 2014    Oxunub:1099
Zaqatalada Heydər Əliyev prospektində baş verən yol qəzası piyadanın vurulması ilə nəticələnib.
Rayon sakini Mohma Məmmədov idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 63 yaşlı Bakı şəhər sakini Malik Cəbiyevi vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Malik Cəbiyev dərhal xəstəxanaya yerləşdirilib.

Lakin ağır kəllə-beyin travması və digər bədən xəsarətləri alan Malik Cəbiyevin vəziyyəti nəzərə alınaraq o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsində xəsarət alan Malik Cəbiyev Fövqaladə Hallar Nazirliyinin nümayəndəsidir. O, iyunun 29-u Zaqatalada baş verən zəlzələdən sonra vəziyyəti qiymətləndirmək üçün nazirlik tərəfindən rayona ezam edilən komissiya üzvlərindən biridir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.(Ans)




Teqlər:





Xəbər lenti