Qatar 29 yaşlı oğlanı qolsuz qoydu

Qatar 29 yaşlı oğlanı qolsuz qoydu
  03 İyul 2014    Oxunub:1128
Tovuz rayonu ərazisində bədbəxt hadisə baş verib.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Qovlar şəhər sakini Babək Hüseynov dəmiryol xəttini keçmək istəyərkən yük qatarı onu vurub. Nəticədə onun bir qolu amputasiya olunub.

Hadisə bu gün gecə saatlarında Qovlar şəhərində baş verib. Şəhər sakini 29 yaşlı Babək Hüseynov dəmiryolu keçidini keçmək istəyərkən qatar onu vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan zərərçəkən Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun sağ qolunu və sol əlinin 4 barmağını amputasiya ediblər. Babək Hüseynovun vəziyyəti ağırlaşdığından o, Gəncə şəhər TTYX-nin travmatologiya şöbəsinə göndərilib.

Şahin Quliyev, travmatoloq: "Gecə saat 4 radələrində Tovuz Mərkəzi Rayon Xəstəxanasından göndəriş vərəqəsi olmadan qohumlarının köməkliyi ilə ağır vəziyyətdə xəstə gətirilib. Babək Hüseynovun vəziyyəti nəzərə alınaraq o, birbaşa reanimasiya şöbəsinə yerləşdirilib və müvafiq tədbirlər görülüb".

Zərərçəkən Babək Hüseynovun anası bildirib ki, o, qatar yolunu keçmək istəyərəkən sərxoş olub.

Zərərçəkənin anası: "Oğlum qatar yolunu keçmək istəyəndə sərxoş olub, ayağı büdrəyib və yıxılıb. Gələn qatar da qolunun birini kəsib".

Hazırda aidiyyəti qurumlar qatarın 29 yaşlı gənci hansı şəraitdə vurmasını araşdırır.


Teqlər:  





Xəbər lenti