FHN 2 nəfəri ölümdən qurtardı

FHN 2 nəfəri ölümdən qurtardı
  03 İyul 2014    Oxunub:1034
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda dənizdə (“Lökbatan” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər nazirliyin “Lökbatan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 17:25-də başa çatıb.

Digər bir hadisə isə Abşeron rayonunda qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda dənizdə (“Novxanı” sularda xilasetmə məntəqəsindən, təxminən, 500 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər nazirliyin “Novxanı” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 17:55-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti