Adil Mirseyid huşunu itirib, vəziyyəti ağırdı

Adil Mirseyid huşunu itirib, vəziyyəti ağırdı
  02 İyul 2014    Oxunub:979
“Atam çox vaxt özündə olmur, huşunu itirir. Həkimlər hazırda onu düşdüyü ağır vəziyyətdən çıxartmağa çalışırlar”.
Bu barədə AzVision.az-a tanınmış şair-rəssam Adil Mirseyidin qızı Ayan Mirseyid məlumat verib. O, bildirib ki, Adil Mirseyid hazırda reanimasiyadan palataya köçürülüb:

“Hələ ki, biz də necə olacağını bilmirik. Həkimlər onu hazırkı vəziyyətdən çıxartmağa çalışırlar. Ondan sonra nəsə deyə bilərlər. Atam çox vaxt huşu özündə olmadığına görə danışmır. Səhiyyə Nazirliyinin nümayəndələri tez –tez əlaqə saxlayır, atamla maraqlanırlar”-deyə A. Mirseyid qeyd edib.

Xatırladaq ki, A.Mirseyid qaraciyər serrozundan əziyyət çəkir. Səhiyyə Nazirliyi onun müalicəsini öz üzərinə götürüb. A.Mirseyid hazırda Bakıda Şağlamlıq Mərkəzində həkim nəzarəti altındadır.

Şəhanə Rəhimli



Teqlər:  





Xəbər lenti