Heydər Əliyev Mərkəzi birinci oldu

Heydər Əliyev Mərkəzi birinci oldu
  01 İyul 2014    Oxunub:1631
İraq əsilli memar Zaha Hadidin layihəsi “Heydər Əliyev Mərkəzi” London Dizayn Muzeyinin İlin ən yaxşı dizaynı nominasiyası üzrə qalib seçilib.

“Bu gözəl, ilhamlandırıcı bir memarlıq nümunəsidir. Biz fikirləşdik ki, bu işi mütləq qiymətləndirmək lazımdır” – deyə, münsiflərdən biri Ekou Eşun bildirib.

Qeyd edək ki, Zaha Hadid bu mükafatı alan ilk qadındır.

Qeyd edək ki, "St Martins Lane" otelində baş tutan tədbirdə dünyaşöhrətli memar Zaha Hadid, eləcə də Tobi Stefans, Saffet Kaya Bekiroğlu, Patrik Şumaxer, dizayner Ani Hindmarç və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. Gecədə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsinə görə memarlıq kateqoriyasında qalib olan Zaha Hadid mükafatlandırılıb.

Qeyd edək ki, ənənəvi "Designs of the Year Awards" mükafatının finalında bu il 75 nominant yarışıb. Münsiflər 76 nəfərdən 7 kateqoriyada - memarlıq, mebel, sənaye dizaynı, interaktiv dizayn, moda, qrafika və nəqliyyat üzrə qalibləri seçiblər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti