Leyla Əliyeva məşhur dizaynerlə - FOTOLAR

Leyla Əliyeva məşhur dizaynerlə - FOTOLAR
  01 İyul 2014    Oxunub:1498
İyunun 30-da Britaniya Dizayn muzeyinin nüfuzlu "Designs of the Year Awards" mükafatının təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, "St Martins Lane" otelində baş tutan tədbirdə dünyaşöhrətli memar Zaha Hadid, eləcə də Tobi Stefans, Saffet Kaya Bekiroğlu, Patrik Şumaxer, dizayner Ani Hindmarç və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. Gecədə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsinə görə memarlıq kateqoriyasında qalib olan Zaha Hadid mükafatlandırılıb.

Qeyd edək ki, ənənəvi "Designs of the Year Awards" mükafatının finalında bu il 75 nominant yarışıb. Münsiflər 76 nəfərdən 7 kateqoriyada - memarlıq, mebel, sənaye dizaynı, interaktiv dizayn, moda, qrafika və nəqliyyat üzrə qalibləri seçiblər. (buro247.az)

Qalereya




Teqlər:  





Xəbər lenti