Bakıda marşrut problemi, sərnişinlər yolda qaldı

Bakıda marşrut problemi, sərnişinlər yolda qaldı
  01 İyul 2014    Oxunub:879
Bu gün paytaxt Bakıda fəaliyyət göstərən 1 nömrəli marşrut avtobuslarının işində problem yaranıb.
Bu barədə AzVision.az-a sərnişinlər məlumat veriblər. Bildiriblər ki, səhər və axşam saatlarında dayanacaqlarda marşrut gözləsələr də 1 nömrəli avtobusları gördüm deyən olmayıb.

Sərnişinlərin bildirdiyinə görə, sözügedən marşrut avtobusları bu gün ümumiyyətlə işə çıxmayıb. Nəticədə onlar məcburiyyət qarşısında qalaraq digər marşrut avtobuslarından və taksilərdən istifadə etməli olublar.

Sözügedən marşrut xəttinin bağlanması haqda isə hər hansı məlumat yoxdur.

Qeyd edək ki, 1 nömrəli marşrut avtobusları paytaxtın 8-ci kilometr qəsəbəsindən şəhər istiqamətində fəaliyyət göstərir.

AzVision.az


Teqlər:  





Xəbər lenti