Bulvarda qızı döydülər

Bulvarda qızı döydülər
  30 İyun 2014    Oxunub:1185
Gənc qızı atraksionda əylənərkən döydülər.
Ötən gün saat 21:00-da Bakının Səbail rayon ərazisində 21 yaşlı qızı vəhşicəsinə döyüblər. AzVision.az-ın məlumatına görə, Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsindən anspress-ə istinadən xəbər verir ki, hadisə bulvarda baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Güleyşan Vaqif qızı Mustafayeva rəfiqəsi Fatimə Ağayeva ilə “Vikinq” atraksionunda əylənərkən qəfil gənc oğlanın hücumuna məruz qalıb. Gənc oğlan rəfiqəsilə əylənən qıza arxadan təpiklə vurub. Daha sonra qıza bir neçə yumruq zərbəsi vurub.

Qızların qışqırtısına ətrafda olan insanlar yığışıb. Bu zaman həmin oğlan ərazidən qaçıb. Deyilənlərə görə, oğlan qızları əvvəlcə izləyib və onlara söz atırmış.

Polis qızı döyən oğlanın axtarışlarına başalyıb.

Faktla bağlı araşdırma aparılır.



Teqlər:





Xəbər lenti