Toyda dava düşdü: 3 nəfər bıçaqlandı

Toyda dava düşdü: 3 nəfər bıçaqlandı
  28 İyun 2014    Oxunub:1119
Cəlilabad rayonunda keçirilən toy mərasimində kütləvi dava olub. Dava zamanı 3 nəfər bıçaqlanıb.
Hadisə rayonun Uzuntəpə kəndindəki "Dəniz" şadlıq sarayında keçiriliən toy mərasimi zamanı baş verib. Tərəflər arasındakı ilkin mübahisənin mahnı sifarişi üstündə yarandığı deyilir. Bıçaqlanma ilə nəticələnən hadisə zamanı Uzuntəpə kənd sakinləri 31 yaşlı Məzahir Balaşov, 26 yaşlı Elvin Mirzəyev və Məzahir müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisənin təfərrüatları da araşdırmaların sonunda məlum olacaq.(kəpəz tv)


Teqlər:  





Xəbər lenti