Bu gün 38 dərəcə isti olacaq

Bu gün 38 dərəcə isti olacaq
  27 İyun 2014    Oxunub:863
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gündüz cənub küləyi axşam şimal küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

İyunun 27-də Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə, əsasən şimal və qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti