Doğuş zamanı daha bir ana öldü

Doğuş zamanı daha bir ana öldü
  26 İyun 2014    Oxunub:1243
Zaqatala rayonunda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.
AzVision.az-ın apa-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində baş verib. Rayonun Bəhmədli kənd sakini Durmuşova İlahə Nəzir qızı qeysəriyyə əməliyyatı olunub, körpə götürülüb, ana isə narkozdan ayılmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, bu, ananın birinci doğuşudur.

İ. Durmuşovanın ölümünün səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.


Teqlər:





Xəbər lenti