Yağış yağacaq

Yağış yağacaq
  24 İyun 2014    Oxunub:893
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında iyunun 24-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Havanın temperaturu gecə 19-23, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində iyunun 24-də hava əsasən yağmursuz olacaq, gecə və axşam saatlarında şimşək çaxacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti