Arif Vəliyev Fəxri Xiyabanda dəfn ediləcək

Arif Vəliyev Fəxri Xiyabanda dəfn ediləcək
  23 İyun 2014    Oxunub:1329
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gün II Fəxri Xiyabanda dəfn ediləcək.
AzVision.az xəbər verir ki, mərhumla vida mərasimi saat 15:00-da başlayacaq.

Qeyd edək ki, A.Vəliyev uzun sürən xəstəlikdən sonra bu gecə dünyasını dəyişib.

Arif Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
1990-cı ildən 1992-ci ilədək Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib.

1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti