Hərbçimiz minaya düşdü

Hərbçimiz minaya düşdü
  23 İyun 2014    Oxunub:941
Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə cəbhənin Qazax istiqamətində qeydə alınıb.

Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, kiçik çavuş Orxan İlqar oğlu Hacıyev mina partlaması nəticəsində xəsarət alıb.

Yaralı hərbçi hospitala yerləşdirilib, vəziyyəti ağırdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.


Teqlər:





Xəbər lenti