Azərbaycanda hərbçi ailəsində faciə

Azərbaycanda hərbçi ailəsində faciə
  17 İyun 2014    Oxunub:1131
Gəncədə valideynlər ilk körpələrini qucaqlarına almaq sevincini yaşaya bilməyiblər.
Bərdə rayon, Əmirli kənd sakini Süleymanova Aygün iyunun 14-ndə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxananın doğum evində oğlan uşağı dünyaya gətirib.

A.Süleymanovanın yaxınlarının verdikləri məlumata görə, əvvəlcə uşağın normal olduğunu deyən həkimlər 1 gün sonra uşağın göyərdiyini bildiriblər. Gecə saat 23 radələrində isə körpənin öldüyünü ataya bildiriblər.

Ana ilk hamiləlik aylarından ginekoloq Ağcagül Qasımovanın həkim nəzarətinə gəlib. Uşağın atası Eyvazov Fərəhim həkimin məsləhitinə uyğun müalicə kurslarını aparıb. O, Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən "N" saylı hərbi hissəsində zabit kimi xidmət edir. Uşaq öldükdən sonra həkim müalicəyə gec başlandığını bəhanə edib. Hansı ki, bu zamana qədər bir neçə ay içərisində həkim ananın müalicəsi üçün kifayət qədər maliyyə vəsaitini şəxsən özü alıb. İyunun 14-də qeysəriyyə üsulu ilə dünyaya gələn uşağın ilk gün sağlamlığının qaydasında olduğunu deyiblər. (milli.az)


Teqlər:  





Xəbər lenti