Kişilərə 14 günlük atalıq məzuniyyəti veriləcək

   Kişilərə 14 günlük atalıq məzuniyyəti veriləcək
  03 Oktyabr 2023    Oxunub:615
"BMT-nin Qadınlara Qarşı Ayrıseçkiliyin Ləğv edilməsi üzrə Komitəsi 14 günlük ödənişli atalıq məzuniyyətinin qanunvericiliyə daxil edilməsinin sürətləndirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyə verib".
AzVision.az xəbər verir ki, tövsiyədə məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsi də öz əksini tapıb.

Həmçinin qeyd edilib ki, məsuliyyətli atalığı təşviq etmək, Əmək Məcəlləsinə 14 günlük ödənişli atalıq məzuniyyətinin daxil edilməsi ilə bağlı dəyişiklik layihəsinin qəbulunu sürətləndirmək üçün ünvanlı tədbirlər, o cümlədən maarifləndirmə tədbirləri görülməlidir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti