Xəzər rayonunda yanğın: 1 nəfər ölüb

Xəzər rayonunda yanğın:    1 nəfər ölüb
  03 Oktyabr 2023    Oxunub:1058
Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli binanın 1-ci mərtəbəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə 1 ədəd yataq dəsti yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti