Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə necə olacaq?

   Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə necə olacaq?
  02 Oktyabr 2023    Oxunub:1144
Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib.

Qeyd edilib ki, sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır.

Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti