Beyləqanın iki kəndində evləri su basdı - Video

   Beyləqanın iki kəndində evləri su basdı -    Video
  01 Oktyabr 2023    Oxunub:1317
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə yağan güclü yağış səbəbindən Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması barədə məlumat daxil olub.
FHN-dən AzVision.az -a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin müvafiq olaraq Qarabağ Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.





AzVision.az


Teqlər:





Xəbər lenti