Baş prokuror Qubad İbadoğlu və Nazim Bəydəmirlinin həbsindən danışdı

Baş prokuror bildirib ki, sözügedən işlərin hər birində konkret faktlardan və sübutlardan istifadə edilib:
“Hər bir şəxs qanunla nəzərdə tutulmuş prosedurlara uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilir. Bu işlərin hər birində biz konkret faktlardan və sübutlardan istifadə edirik ki, prokurorluq orqanları üçün də əsas məsələ budur. O ki qaldı beynəlxalq təşkilatlara, hesab edirəm ki, hər hansısa bir dövlətin Azərbaycanın daxili işlərinə, o cümlədən istintaq hərəkətlərinə əvvəlcədən müdaxilə etməsi yolverilməzdir. Bu, həm siyasi, həm hüquqi baxımdan səhv addımdır”.
AzVision.az
Teqlər: