Prezidentin köməkçisi: "Tərksilah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir"

  Prezidentin köməkçisi:  "Tərksilah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir"
  23 Sentyabr 2023    Oxunub:1162
Tərksilah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, Qarabağda üçgünlük tərksilah prosesi göstərdi ki, bu bölgə işğal dövründə hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barut çəlləyinə çevrilib.

"Əhalinin sayına və ərazinin böyüklüyünə görə bölgənin bu dərəcədə hərbiləşdiriləcəyini heç gözləmirdik", - H.Hacıyev əlavə edib.

AzVision.az



Teqlər: Hacıuev   Qarabağ   Reinteqrasiya  





Xəbər lenti