Xarici hərbi attaşelər ermənilərdən müsadirə edilmiş silah-sursata baxış keçiriblər

 Xarici hərbi attaşelər ermənilərdən müsadirə edilmiş silah-sursata baxış keçiriblər
  23 Sentyabr 2023    Oxunub:759
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ermənilərdən müsadirə edilmiş döyüş texnikası, silah və sursata baxış keçiriblər.
AzVision.az -a bu barədə yerli mənbələr xəbər verib.

Onlara Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən məlumat verilib.

Səfər iştirakçılarına bildirilib ki, indiyədək bu ərazi dünyanın bəlkə də militarizasiya səviyyəsi ən yüksək olan bölgədir. Ərazi və əhali baxımından dünyada bu qədər silah-sursatın olduğu yer tapmağın çətin olduğu deyilib.

Həmçinin bildirilib ki, antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 200 illik erməni layihəsinə son qoyub. 200 il idi ermənilər və havadarları “Böyük Ermənistan” planlarını reallaşdırmağa çalışıblar. İndi bu layihə darmadağın olub. Bu da Prezident İlham Əliyevin tarixi uğurudur.

AzVision.az



Teqlər: Attaşelər   Silah-Sursat  





Xəbər lenti