Azərbaycanlılar BMT-nin Kişinyovdakı nümayəndəliyi qarşısında aksiya keçirib
Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistanın mina terrorizminə etiraz edilib.
Azərbaycan və Moldova bayraqlarını dalğalandıran aksiya iştirakçıları öz etirazlarını “Ermənistan, torpaqlarımızı minalandırma!”, “Erməni terrorizmi minalarla davam edir”, “Erməni terrorizminə son!”, “Mina basdırma, ağac ək!” şüarları nümayiş etdiriblər.
Aksiyanın sonunda rəsmi İrəvandan dəqiq mina xəritələrini Azərbaycana verməsi, Cənubi Qafqaz bölgəsində davamlı sülhün və sabitliyin bərqərar olmasını istəyən Azərbaycanla sülh müqaviləsi imzalaması tələblərinin əks olunduğu bəyanat BMT-nin Moldovadakı nümayəndəliyinə təqdim edilib".
AzVision.az