Zaqatalada avtomobil vuran piyada xəstəxanada ölüb

Zaqatalada avtomobil vuran piyada xəstəxanada ölüb
  22 Sentyabr 2023    Oxunub:1183
Zaqatalada avtomobil vuran piyada xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, sentyabrın 22-si saat 13 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində Ucal Şabanov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Əhmədov Məmmədvəli Əhməd oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti