Binə qəsəbəsində su kəsiləcək

Binə qəsəbəsində su kəsiləcək
  22 Sentyabr 2023    Oxunub:755
Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün axşam saatlarından sabah günün I yarısına qədər Bakının Xəzər rayonunun Binə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
AzVision.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

AzVision.az


Teqlər:





Xəbər lenti