"O tankın yeri Hərbi Qənimətlər Parkıdır" - Albert Aqarunovun qardaşı
"Dostum dünən mənə tankın şəklini göstərdi. O, tankın sökülərək Bakıya aparılacağını və Hərbi Qənimətlər Parkına yerləşdiriləcəyini bildirdi. Bundan sevincli nə ola bilər ki?! Ədalət öz yerini tutdu.
Ötən il Şuşada olanda mən o tankı uzaqdan görmüşdüm. Amma yaxından təbii ki, bu, mümkün deyildi. Şuşaya girən ilk erməni tankını Albert vurdu, hərbçilərimiz isə onun əsil yerinin hara olduğunu göstərdi. Hərbi Qənimətlər Parkına gətiriləndən sonra gəlib yaxından baxacağam",- R. Aqarunov deyib.
Qeyd edək ki, Azərbaycan hərbçiləri Xankəndinin girişində qoyulmuş tank abidəsini söküblər.
Sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.
Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: