Etirazçılar Paşinyanın kortejinə hücum etdilər - Video

 Etirazçılar Paşinyanın kortejinə hücum etdilər -    Video
  22 Sentyabr 2023    Oxunub:1132
İrəvanda etirazçılar kabinet üzvlərinin binadan çıxa bilməməsi üçün hökumət binasının xidməti girişini bağlamağa cəhd ediblər.
Etirazçılar binanı demək olar ki, hər tərəfdən mühasirəyə alıblar, lakin polis əməkdaşları onları Melik Adamyan küçəsinə irəliləməyə imkan verməyərək geri itələyiblər.

Aksiyaçılar polis kordonunu yarmağa çalışarkən, baş nazir Nikol Paşinyanın korteji oradan çıxa bilib.

Etirazçılar “Nikol düşməndir” şüarları səsləndiriblər. Onlar Paşinyanın baş nazir postundan istefasını tələb edirlər.



Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti