Bakıda təhsil sərgisi - FOTOLAR

Bakıda təhsil sərgisi - FOTOLAR
  13 Aprel 2013    Oxunub:2128
İki gün davam edəcək sərgidə 19 ölkənin 80 ali təhsil ocağı təmsil olunacaq.
Bu gün Bakıda 2013-cü ilin ən bəyük təhsil sərgisi açılıb. AzVision.az xəbər verir ki, sərgi Türkiyənin məşhur “Akare İnternational Education Fairs” şirkəti tərəfindən təşkil olunub. İki gün davam edəcək sərgidə 19 ölkənin 80 ali təhsil ocağı təmsil olunacaq.

Sərginin təşkilatçıları Azərbaycan gənclərinin hər zaman xaricdə təhsil almağa xüsusi diqqət göstərdiklərini deyib. Onlar bildiriblər ki, Bakıda hər il 2-3 dəfə keçirilən sərgilərin də əsas məqsədi azərbaycanlı tələbələri xaricdə təhsillə bağlı daha ətraflı məlumatlandırmaq və onların xaricdə oxumasını təmin etməkdən ibarətdir.

Bu gün öz işinə başlayan sərgidə Avstraliya, İngiltərə, İsveç, Şimali Kipr, Belarus, İtaliya, Kanada, Malayziya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri, dil kursları və şirkətləri iştirak edəcəklər. Tələbələrə xaricdə təhsil, MBA proqramları və dil kursları haqqında ətraflı məlumatlar verilib. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, təqaüdlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablanırıblar.

Xatırladaq ki, sərgi bu gün və sabah saat 13:00-dan 18:00-a kimi «Hilton» otelində keçirilir.

Anar
Foto: Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti