“Anadolu Atəşi” yenidən Bakıda – FOTOLAR

“Anadolu Atəşi” yenidən Bakıda – FOTOLAR
  07 İyun 2014    Oxunub:1155
İyunun 6-da Heydər Əliyev adına sarayda Türkiyənin məşhur “Anadolu Atəşi” qrupunun çoxdan gözlənilən konserti baş tutub. AzVision.az xəbər verir ki, konserti “SA ORGANIZATION” təşkil edib.

Bu dəfə Bakı tamaşaçısına kollektivin tarixi boyu göstərdiyi ən yaxşı nömrələr təqdim edilib. “Anadolu Atəşi” 2 dəfə Ginnesin Rekordlar Kitabına düşüb. Rəqsin ən cəld ifasına görə- dəqiqədə 241 hərəkət və ən böyük auditoriya (400 min) tamaşaçı qarşısında konsert verməklə

“Anadolu Atəşi” dünyanın 93 ölkəsində, təxminən 20 milyon insan qarşısında konsert verib. Əvvəllər “Sultans of the dance” adlanan qrupun rəhbəri Mustafa Ərdoğandır.

Qrupun yaradılmasının məqsədi Şərq və Qərb mədəniyyətini qovuşdurmaqdır. Məhz buna görə, ansamblın rəqslərində rəngarənglik özünü büruzə verir: həm şərq ritmləri, həm də müasir şou-balet elementləri.

Leyla Murad
Fotolar: Nuran Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti