Afaq Bəşirqızı toya hazırlaşır

Afaq Bəşirqızı toya hazırlaşır
  05 İyun 2014    Oxunub:1542
Musiqili Teatrda yeni komediya - “Toya bir gün qalmış”
AzVision.az xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrında “Toya bir gün qalmış” adlı yeni tamaşa hazırlanır. Əli Səmədlinin “Ölüm hökmü” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Hazırda masaarxası oxunuş məşqləri gedir.

Quruluşçu rejissor Əsgər Əsgərov, komediya janrında hazırlanan tamaşa haqda düşüncələrini belə ifadə etdi: “Əsər, ötən əsrin 60-cı illərində yazılmasına baxmayaraq müasir günümüzdə də kifayət qədər aktualdır. Və dünya teatrları bu mövzuya bu gün müraciət etdikləri halda, Azərbaycan teatrları hələ illər öncə dəfələrlə bu əsəri tamaşaya qoyub. Əsərin motivində bir ailənin vəzifə, pul, maddi rifah naminə ailə başçısının ölüsündən belə öz mənfur məqsədləri üçün istifadə etmələri dayanır. Yalnız sonda bütün qara oyunlar gün işığına çıxır və qəhrəmanın dilindən tamaşaçıya “Mən doğru həyat yaşayırammı?” mesajı verilir”.

Əsas rollarda respublikanın xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, aktyorlardan Gülcahan Salamova, Əliməmməd Novruzov, Gültac Əliyeva, Hüseyn Əlili, Ziyadxan Cəbrayılov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova və Möylə Mirzəyev iştirak edirlər.


Teqlər:





Xəbər lenti