Kəmaləddin Heydərovun mahnısı təqdim edildi - VİDEO

Kəmaləddin Heydərovun mahnısı təqdim edildi - VİDEO
  04 İyun 2014    Oxunub:1511
Azərbaycanın fövqəladə hallar naziri, bir çox sevilən mahnıların müəllifi, bəstəkar Kəmaləddin Heydərova (Kamal), sözləri sözləri nəğməkar şair Baba Vəziroğluya məxsus "Ulduzlu gecə" mahnısı dinləyicilərin ixtiyarına verilib.
AzVision.az-ın məlumatına görə, mahnının ifaçısı müğənni Yaşar Cəlilov 106.3 FM-də kompozisiyanı təqdim edib.

Y. Cəlilov bildirib ki, mahnı artıq radio dalğalarından və televiziya efirlərində eşidiləcək: “Özümü şanslı müğənni hesab edirəm. Hər bir müğənninin arzusudur ki, o insanlarla işbirliyi qursun. Müğənnilərin arzuları çox olur: biri fəxri ad almaq, digəri çox toya dəvət almaq, o biri sponsor tapmaq. Mənimsə bir arzum var: sevilən mahnılar ifa etmək. Elə bu arzumda da bütün arzular birləşir ”.

Mahnını aranjemanı Tərlan Məmmədhüseynova aiddir. Kompozisiyanın aranjemanı zamanı 12 skripkadan istifadə olunub. Y. Cəlilovu Türkiyənin peşəkar skripkaçıları müşayət edib.

"Ulduzlu gecə" mahnısı Y. Cəlilovun bu il işıq üzü görəcək 3-cü albomuna daxil ediləcək.

Mahnını bu linkdən dinləyə bilərsiniz:




Teqlər:  





Xəbər lenti