Leysan yağışları yağıb, Dəstəfurçaydan sel keçib
İyulun 25-də şimal-qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Naftalanda 27 m/s, Göygöldə 20 m/s, Göyçayda 18 m/s, Biləsuvarda 16 m/s, Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.3 metrə çatıb.
Yağan leysan yağış nəticəsində Daşkəsən rayonu ərazisindən keçən Dəstəfurçaydan sel keçib. Naftalan, Şəmkir, Balakən, Sarıbaş, Qrız, Şahdağ, Göyçay, Lerikdə müşahidə olunub. İyulun 25-i Bakıda və Abşeron yarımadasında 28-30° isti, Naxçıvan MR-da 39°-dək isti, aran rayonlarında 32-34° isti, dağlıq rayonlarda 21-24° isti olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


