Ceyranbatan su anbarına yaxın ərazidə yanğın başlayıb

   Ceyranbatan su anbarına yaxın ərazidə yanğın başlayıb
  23 İyul 2023    Oxunub:1234
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar nazirlliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti