Azərbaycan lideri: "Qoşulmama Hərəkatını konkret nəticələrlə zənginləşdirəcəyik"

      Azərbaycan lideri:    "Qoşulmama Hərəkatını konkret nəticələrlə zənginləşdirəcəyik"
  21 İyul 2023    Oxunub:1101
"Əlbəttə ki, səlahiyyətlərimizi (Qoşulmama Hərəkatına sədrliyi – red.) bir neçə aydan sonra Uqandaya ötürəndən sonra biz müəyyən bir zaman - Uqanda sədrlik etdiyi dövrdə üçlükdə olacağıq və fəal şəkildə cəhdlərin konsolidasiyası istiqamətində çalışacağıq".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

Dövlətimizin başçısı qeyd edib: “Qoşulmama Hərəkatını konkret nəticələrlə zənginləşdirəcəyik. COVID-19 dövründə biz liderlik nümayiş etdirdik. Belə ki, dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etdik və Azərbaycan sədr olaraq fəal peyvənd millətçiliyinə qarşı çıxış etdi”.

AzVision.az


Teqlər:



Xəbər lenti