Naxçıvanda “Dəstək” Fondu tərəfindən 341 550 manat maddi yardım edilib

Naxçıvanda “Dəstək” Fondu tərəfindən 341 550 manat maddi yardım edilib
  20 İyul 2023    Oxunub:1037
Naxçıvanda bu ilin 6 ayında “Dəstək” Fondu tərəfindən ümumilikdə 341 550 manat maddi yardım edilib.
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin 6 ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına “Dəstək” Fondundan maddi yardım alan şəxslərin statistikasını təqdim edib.

Statistikaya əsasən, bu ilin 6 ayında 91 şəhid ailəsi, 43 müharibə əlilinə ümumilikdə 341 550 manat maddi yardım olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti