AMEA-dan Ramiz Mehdiyevlə bağlı - Açıqlama

   AMEA-dan Ramiz Mehdiyevlə bağlı -       Açıqlama
  20 İyul 2023    Oxunub:913
AMEA Ramiz Mehdiyevin adının “AMEA-nın sabiq prezidentləri” bölməsində olmamasına münasibət bildirib.
Qurumdan AzVision.az -a verilən məlumatda qeyd olunur ki, AMEA-nın science.az portalının “AMEA-nın sabiq prezidentləri” bölməsində akademik Ramiz Mehdiyevin adı əvvəlcədən daxil edilməyib:

“Artıq həmin bölmənin yenilənmiş variantında akademik Ramiz Ənvər oğlu Mehdiyevin adı və haqqında məlumat müvafiq səhifədə yerləşdirilib”.

Qeyd edək ki, Ramiz Mehdiyev də sözügedən məsələ ilə bağlı açıqlama vermiş, bunu özbaşınalıq adlandırmışdı:

“Onların bunu etməyə ixtiyarı yoxdur. Bu, qanun pozuntusudur”.

AzVision.az



Teqlər:



Xəbər lenti