İsmayıllıda naməlum kişi meyiti tapıldı

  İsmayıllıda naməlum kişi meyiti tapıldı
  20 İyul 2023    Oxunub:1180
İsmayıllıda kişi meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov AzVision.az -a bildirib ki, bu gün səhər saatlarında İsmayıllı rayonunun Diyallı kəndi ərazisində təxminən 30-40 yaşlarında olduğu ehtimal edilən kişi meyiti aşkarlanıb.

Meyit müayinə olunması üçün morqa yerləşdirilib və hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilir.

AzVision.az


Teqlər: İsmayıllı   Kişi   Meyit  



Xəbər lenti