Göyçayda tullantıları urnalara atmayanlar cərimələnib

Göyçayda tullantıları urnalara atmayanlar cərimələnib
  19 İyul 2023    Oxunub:846
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən ətraf mühitin çirkləndirilməsi halları aşkarlanıb.

Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunaraq onların hər biri barəsində inzibati tənbeh tədbiri görülüb.

AzVision.az



Teqlər:



Xəbər lenti