Təzyiqi qalxan sürücü avtomobili ağaca çırpıb

Təzyiqi qalxan sürücü avtomobili ağaca çırpıb
  19 İyul 2023    Oxunub:811
Göyçayda sürücü idarəetməni itirərək ağaca çırpılıb.
Hadisə Göyçayın Cəyirli kəndində qeydə alınıb. Təzyiqi qalxan sürücü, Göyçay sakini 1977-ci il təvəllüdlü İsmayılov Zöhrab Arif oğlu idarəetməni itirib və avtomobil ağaca çırpılıb.
Hadisə nəticəsində yüngül bədən xəsarətləri alan sürücü təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hazırda vəziyyəti stabildir.(APA)


Teqlər:



Xəbər lenti