İdman-sağlamlıq mərkəzində azyaşlı hovuzda boğularaq ölüb

İdman-sağlamlıq mərkəzində azyaşlı hovuzda boğularaq ölüb
  19 İyul 2023    Oxunub:1368
Bakıda idman-sağlamlıq mərkəzində azyaşlı hovuzda boğularaq ölüb.
Hadisə Yasamal rayonunun Zahid Xəlilov küçəsində yerləşən “Megacity” fitness və spa mərkəzində qeydə alınıb. Belə ki, nəzarətsiz qalan 2020-ci il təvəllüdlü G.Məmmədli hovuza yıxılıb. Nəticədə o, boğularaq ölüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti